Quldurluqda şübhəli bilinən qrupun paytaxt sakini Q.Qurbanov saxlanılmışdır
19.07.2019Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 28-də Bakı şəhər sakini A.Rüstəmovun mobil telefonunu və içərisində 441 manat olan pul kisəsini quldurluq yolu ilə almaqda şübhəli bilinən qrupun digər üzvü – paytaxt sakini, əvvəllər məhkum olunmuş Q.Qurbanov saxlanılmışdır.