Soyğunçuluqda şübhəli bilinən Beyləqan rayon sakini S.Salahov saxlanılmışdır
18.07.2019Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 18-də M.Həsənov küçəsində Sumqayıt şəhər sakini R.Nəsibovaya zor tətbiq edib onun içərisində 65 ədəd qol saatı və 10 ədəd ətir olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş S.Salahov saxlanılmışdır.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.