Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yol-nəqliyyat hadisəsi törətmiş Bərdə rayon sakini İ.Nəsibov saxlanılmışdır

18.07.2019

İyulun 17-də saat 23 radələrində Stansiya Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonunun Mirzəbəyli kəndi ərazisindən keçən hissəsində naməlum sürücü idarə etdiyi “Hovo” markalı avtomobillə yolun kənarında dayanmış Qaraməmmədli kənd sakini R.Quliyevi vurub hadisə yerini tərk etmişdir.

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 13-cü tağımının əməkdaşları tərəfindən qeyd edilən avtomobil Otuzikilər kəndinin ərazisində saxlanılmışdır. Araşdırmalarla  sürücünün Bərdə rayon sakini İ.Nəsibov olması, habelə onun sərxoş halda və sürücülük hüququ olmadan avtomobili idarə etməsi müəyyən edilmişdir.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.