Oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini R.Məmmədov saxlanılmışdır
17.07.2019İyulun 17-də Binəqədi RPİ 7-ci PB-yə müraciət edən Bakı şəhər sakini V.Əliyev iyulun 15-də saat 19 radələrində rayon ərazisində 4 yaşlı qızının qolundakı bilərziyin oğurlanmasını bildirmişdir.
Dərhal keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş polis əməkdaşları tərəfindən R.Məmmədov saxlanılmışdır.