Oğurluq etməkdə şübhəli bilinən Qusar rayonunun Gedəzeyxur kənd sakinləri F.Kəlbəliyev A.Nəzərov və M.Nəcəfov saxlanılmışlar
17.07.2019İyulun 16-da Qusar rayonunun Gedəzeyxur kəndinin otlaq sahəsindən rayon sakinləri B.Seyidova və İ.Hacəliyevə məxsus 8 baş qoyun oğurlanmışdır.
Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən kənd sakinləri F.Kəlbəliyev, əvvəllər məhkum olunmuşlar A.Nəzərov və M.Nəcəfov saxlanılmışlar.