Oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini K.Tağıyev saxlanılmışdır
16.07.2019İyunun 28-də Binəqədi rayonunun Motodrom yeni yaşayış sahəsində Bakı şəhər sakini M.İbrahimova məxsus “VAZ-2107” markalı avtomobildən maqnitofon oğurlanmışdır.
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş K.Tağıyev saxlanılmışdır.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun bu ilin may-iyul ayları ərzində rayon ərazisindəki 2 evdən, 2 avtomobildən, 1 mağazadan pul, məişət əşyası və tütün məmulatı və mobil telefon oğurlaması da müəyyən edilmişdir.