Şəmkir şəhər sakini P.Haxverdiyevdən narkotik vasitələr aşkar edilərək götürülmüşdür
16.07.2019Əldə edilən məlumat əsasında Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini P.Haxverdiyevin yaşadığı evə baxış zamanı 6,675 qram marixuana, habelə həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.