Hacıqabul rayonunun Qarasu kəndi ərazisində yol-nəqliyyat hadisəsi
09.07.2019İyulun 9-da saat 1 radələrində Hacıqabul rayonunun Qarasu kəndi ərazisində Gəncə şəhər sakini Fikrət Ağayev idarə etdiyi “KamAZ” markalı avtomobili qarşıda gedən həmyerlisi A.Cəlalovun idarə etdiyi “MAZ” markalı avtomobilin (dartıcı) yarımqoşqusuna vurmuşdur. Nəticədə F.Ağayev aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.