Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.Ağazadə saxlanılmışdır
09.07.2019İyulun 7-də Xocasən qəsəbəsi ərazisindən qəsəbə sakini E.Əsgərova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə Binəqədi RPİ 40-cı PB-yə müraciət daxil olmuşdur.
Dərhal keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ağazadə saxlanılmışdır.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə avtomobil iyulun 9-da saat 19 radələrində 1-ci Alatava yaşayış sahəsində tapılmışdır.Araşdırma aparılır.