Ağdaş şəhər sakini Q.Məmmədovdan narkotik vasitələr aşkar edilərək götürülmüşdür
03.07.2019Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini Q.Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu, yaşadığı evdən isə 3 kiloqramdan artıq marixuana, həmçinin müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülmüşdür.