Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Zərdab rayonunun Böyük Dəkkə kənd sakini P.Sultanov avtomobili idarə edərkən saxlanılmışdır
03.07.2019DİN-in “102–Zəng Mərkəzi” Xidmətinə müraciət edən Zərdab rayon sakini İ.Süleymanov iyulun 2-də “RAF-22031” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Müraciətlə əlaqədar dərhal Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüşdür.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qısa müddətdə həmin avtomobil polis əməkdaşları tərəfindən müəyyən edilmişdir. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Böyük Dəkkə kənd sakini P.Sultanov avtomobili idarə edərkən saxlanılmışdır.Avtomobil polis əməkdaşları tərəfindən sahibinə təhvil verilmişdir.
Faktla əlaqədar cinayət işi başlanmışdır.