Cəlilabad rayon sakini Ə.Əliyevdən hədə-qorxu ilə pul tələb edən R.Ağayev ondan 3000 manat pulu alarkən saxlanılmışdır
28.06.2019İyunun 28-də Cəlilabad rayonunun Günəşli kənd sakini Ə.Əliyev RPŞ-yə müraciət edib iyunun 24-də Salyan rayon sakini R.Ağayevin onun həmkəndlisi olan qohumu K.Həsənovu sosial şəbəkədə təhqir edəcəyi ilə hədələyib 3000 manat pul istəməsini bildirmişdir.
Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 28-də R.Ağayev Ə.Əliyevdən 3000 manat pulu alarkən saxlanılmışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.