Şəmkir rayonu ərazisində A.Qasımova zor tətbiq edib pulunu almış şəxslər saxlanılmışlar
28.06.2019İyunun 28-də Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar - O.Namazov və E.Həsənov həmyerliləri olan tanışları A.Qasımova zor tətbiq edib 60 manat pulunu almışlar.
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hər iki şəxs saxlanılmışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.