Ağstafa rayonu ərazisində “Mercedes” markalı avtomobil dərəyə aşmışdır
28.06.2019İyunun 28-də saat 19 radələrində Ağstafa rayonunun Poylu qəsəbəsi ərazisində şəhər sakini V.Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobili dərəyə aşırmışdır.
Nəticədə onun sərnişinlərindən Tatlı kənd sakini Fərhad Əliyev və Biləsuvar rayon sakini Cəsur Ağayev hadisə yerində ölmüş, sürücü və digər 1 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.