Sumqayıt şəhərində bir qadının çantasını soyğunçuluq yolu ilə almaqda, digərinin isə pulqabısını oğurlamaqda şübhəli bilinən A.Cavadov saxlanılmışdır
27.06.2019Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki apteklərin birində müştəri qismində olan S.Balayevanın içərisində 400 manat pul olan çantasını soyğunçuluq yolu ilə almaqda və ticarət mərkəzlərinin birində B.Nəhmədovaya məxsus içərisində 370 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş A.Cavadov saxlanılmışdır. Onun iyunun 13-də Ceyranbatan qəsəbə sakini X.Mürsəlovanın mobil telefonunu çantasından oğurlaması da müəyyən edilmişdir.