Dələduzluq etmiş H.Ağayevin barəsində cinayət işi başlanmışdır
27.06.2019Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən dələduzluq etmiş H.Ağayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2017-ci ilin noyabr ayından 2018-ci ilin noyabr ayınadək olan müddətdə daha 12 nəfəri viza düzəltmək adı ilə aldadıb onlardan ümumilikdə 56913 manat pul alması müəyyən edilmişdir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanmışdır.