Yol qəzasının törədərək hadisə yerindən yayınan Bakı şəhər sakini O.Əsgərov saxlanılmışdır
26.06.2019İyunun 25-də saat 1 radələrində Nərimanov rayonunun S.Vurğun küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini H.Hüseynzadə vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasının törədərək hadisə yerindən yayınan “Hyundai” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini O.Əsgərov saxlanılmışdır.