Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini Q.Qəhrəmanov saxlanılmışdır
26.06.2019Kəpəz RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvəllər məhkum olunmuş Q.Qəhrəmanov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 11 qramdan artıq, yaşadığı evdən isə 2 kiloqram 245 qram marixuana, içərisində maye olan 1 ədəd şpris və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.