Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluğa cəhd göstərmiş Bakı şəhər sakini Əjdər Bəşirov saxlanılmışdır

21.06.2019

Polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində oğurluq etməyə cəhd göstərən şəxs saxlanılıb.

Səbail rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birindəki qızıl satışı şöbəsindən 235 manat dəyərində qızıl sırğanı oğurlamağa cəhd göstərmiş şəxs orada xidmət aparan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.

9-cu Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini Əjdər Bəşirov olduğu müəyyən edilmişdir.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun cari il aprel ayının 4-də həmin ticarət mərkəzinin digər qızıl satışı şöbəsindən 330 manat dəyərində qızıl sırğa oğurlaması da müəyyən edilmişdir.

Araşdırma aparılır.