Bakı şəhər sakini P.Kərimli hədə-qorxu yolu ilə A.Qasımovdan 1400 manat pul alarkən cinayət başında yaxalanmışdır
21.06.2019İyunun 20-də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edən paytaxt sakini A.Qasımov 2018-ci il oktaybr ayının 15-də hədə-qorxu yolu ilə ondan 13.000 manat pul tələb edildiyini bildirmişdir.
Müraciətlə əlaqədar Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini P.Kərimli A.Qasımovdan 1400 manat pul alarkən cinayət başında yaxalanmışdır.
P.Kərimli barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmışdır.Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.