Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini olan qadından hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən M.Həmidov saxlanılmışdır

16.06.2019

İyunun 16-da Qaradağ RPİ-yə ərizə ilə müraciət edən Bakı şəhər sakini olan qadın 2015-ci ildən cari il iyun ayının 16-dək olan müddətdə paytaxt sakini olan tanışının onun fotoşəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib 4000 manat pulunu almasını bildirmişdir.

Keçirilmiş əməliyyat–axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən M.Həmidov polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Qaradağ RPİ-də araşdırma aparılır.