Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi
16.06.2019İyunun 16-da saat 6 radələrində Quba rayonunun 2-ci Nügədi kəndi ərazisində kənd sakini Şahbaba Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi B.Əsədullayevə məxsus “Zil-133” markalı avtomobilə vurmuş və hadisə yerində ölmüşdür.
Quba RPŞ tərəfindən araşdırma aparılır.