Azyaşlı Z.Bağırovanı oğurlayaraq dilənçiliyə cəlb etmiş Masallı rayon sakini T.Nəzərova saxlanılmışdır
07.06.2019İyunun 4-də 2015-ci il təvəllüdlü Z.Bağırovanın Sabunçu qəsəbəsində yaşadığı evdən çıxaraq geri qayıtmamaşı barədə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət daxil olmuşdur.
Müraciətlə əlaqədar Əlahiddə Çevik Polis Alayı, Bakı Şəhər Baş Polis, Sabunçu və Nizami Rayon Polis idarələri əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə azyaşlının Masallı rayon sakini T.Nəzərova tərəfindən oğurlanaraq dilənçiliyə cəlb edilməsi müəyyən edilmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində T.Nəzərova Q.Qarayev prospektində, metronun “Neftçilər” stansiyasının yaxınlığında Z.Bağırova ilə birgə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır.Uşaq valideynlərinə qaytarılmışdır.
Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanmışdır.