Lənkəran şəhər sakini E.Nəcəfova qarşı soyğunçuluq etmiş şəxslər saxlanılmışlar
07.06.2019Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aldatma yolu ilə E.Nəcəfovanın mənzilinə girərək oradan 200 manat pul və mobil telefon aparmaqda şübhəli bilinən ev sahibəsinin qohumu olan bir yeniyetmə, Lənkəran şəhər sakini İ.Hacıyev, Ucar rayon sakini Ə.Həsənzadə və Xızı rayon sakini F.İlyasov saxlanılmışlar.
Faktla əlaqədar cinayət işi başlanılmışdır.
M.Tağızadə və İ.Hacıyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların 2018-ci ilin mart ayında həmin evdən soyğunçuluq yolu ilə 6000 manat pul aparmaları da müəyyən edilmişdir.