Dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini H.Qəniyev saxlanılmışdır
07.06.2019Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 6-da Neftçala rayon sakini E.Abdullayevi aldadıb pul və sənədini almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Qəniyev saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun K.Əlizadəyə, İ.Hüseynzadəyə və R.Qasımlıya qarşı dələduzluq etməsi də müəyyən edilmişdir.