Siyəzən rayonunun Yenikənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
31.05.2019Mayın 31-də saat 8 radələrində Siyəzən rayonunun Yenikənd kəndi ərazisində Xaçmaz rayon sakini Yaşar Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırmışdır.
Nəticədə avtomobildəki sərnişinlərdən Bakı şəhər sakini Lapina İvanovna və Şabran rayon sakini Mövlüd Əmiraslanov hadisə yerində ölmüş, digər bir sərnişin isə xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.