Oğurluqda şübhəli bilinən Şəmkir rayon sakini S.Məmmədov saxlanılmışdır
31.05.2019Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 31-də Şəmkir dəmiryolu stansiyasının ərazisinə təmir üçün yığılmış 9 ədəd relsbirləşdirici və 13 ədəd relsaltlığı (şpal) oğurlamaqda şübhəli bilinən rayon sakini S.Məmmədov saxlanılmışdır.