Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhəri ərazisindəki müəssisələrin birindən oğurluq etməkdə şübhəli bilinən şəhər sakinləri A.Kərimov və R.Əzizov saxlanılmışlar

15.05.2019

Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə şəhər ərazisindəki müəssisələrin birindən oğurluq edilməsi barədə müraciət daxil olmuşdur.

Zərərçəkmiş Bakı şəhər sakini T.Ələsgərov  2018-ci ilin dekabr ayından cari il may ayının 14-dək olan müddətdə H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Azərbaycan məişət malları” ASC-nin həyətində icarə əsasında işlətdiyi metaləritmə sexindən 31 ton əlvan metal qırıntılarının oğurlandığını bildirmişdir.

Müraciətlə əlaqədar təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakinləri A.Kərimov və R.Əzizovu müəyyən edilərək saxlamışlar.  

Araşdırmalarla onların qeyd edilən əlvan metal qırıntılarını şəhər sakini olan bir nəfərə satdıqları müəyyən edilmişdir.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

15.05.2019 tarixinə olan kriminal məlumatlar