Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gədəbəy rayonu ərazisindəki aptekdən 3080 manat pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar

15.05.2019

Gədəbəy Rayon Polis Şöbəsinə şəhər ərazisindəki apteklərin birindən oğurluq edilməsi barədə müraciət daxil olmuşdur.

Zərərçəkmiş Slavyanka kənd sakini R.Həsənov mayın 7-nə keçən gecə 20 yanvar küçəsindəki aptekindən 3080 manat pul oğurlandığını bildirmişdir.

Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılmış və qısa müddətdə  bu cinayət əməlini törədənlərin Gəncə şəhəri ərazisində olduqları müəyyən edilmişdir.

Gədəbəy Rayon Polis Şöbəsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Vadim Səlimov, Rövşən Alıyev və qardaşı Rəvşin şəhər ərazisində  saxlanılmışlar.

Onlardan 2 ədəd maska, 1 ədəd alışqan tapança, 2 ədəd əlcək, 1 ədəd kəsici alət və  2 ədəd bıçaq aşkar edilərək götürülmüşdür.

Araşdırma aparılır.

15.05.2019 tarixinə olan kriminal məlumatlar