Nərimanov rayonunun Z.Bunyadov prospektində yol-nəqliyyat hadisəsi
12.05.2019Mayın 12-də saat 19 radələrində Nərimanov rayonunun Z.Bunyadov prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Nazim Əhmədov vurulmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “NAZ-Lifan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini R.Əliyev saxlanılmışdır.
Araşdırma aparılır.