Cəlilabad rayonunun Alar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
12.05.2019Mayın 12-də saat 12 radələrində Cəlilabad rayonunun Alar kəndi ərazisində Təzəkənd kənd sakini Mədətxan Məmmədov idarə etdiyi “VAZ-2105” markalı avtomobillə yolu keçən kənd sakini, azyaşlı Adəm Əmirovu vurmuşdur. Nəticədə uşaq xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.