Neftçala rayonunun Yuxarı Qaralı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
12.05.2019Mayın 12-də saat 13 radələrində Neftçala rayonunun Yuxarı Qaralı kəndi ərazisində rayon sakini Sultan Sultanov idarə etdiyi, dövlət qeydiyyat nişanları olmayan “İJ Planet” markalı motosikleti qarşıda gedən həmkəndlisi Ə.Paşayevin idarə etdiyi “T-28 X4” markalı traktora vurmuşdur. Nəticədə S.Sultanov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Neftçala RPŞ tərəfindən araşdırma aparılır.