Mayın 8-də Tovuz rayonundakı MMC-lərdən birinə məxsus 360 metr zənciri (trosu) oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
09.05.2019Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 8-də Tovuz rayonunun Alakol kəndi ərazisindən keçən dəmir yolu xəttinin yaxınlığından MMC-lərdən birinə məxsus 360 metr zənciri (trosu) oğurlamaqda şübhəli bilinən, həmin cəmiyətdə işləyən E.Həsənov, B.Salmanov və V.Babayev saxlanılmışlar.