Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Paytaxtın 2-ci Alatava yaşayış sahəsindən “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər Zərdab rayonu ərazisində saxlanılmışlar

09.05.2019

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən 2-ci Alatava yaşayış sahəsində yaşayan Ə.Orucov mayın 9-na keçən gecə “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.

Müraciətlə əlaqədar dərhal təxirəsalınmaz tədbirlərə başlanılmışdır.

“Təhlükəsiz Şəhər” Xidməti tərəfindən avtomobilin Zərdab rayonu ərazisində olduğu müəyyən edilmişdir.

29-cu Polis Şöbəsi və Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Quliyev və Kürdəmir rayon sakini M.Hüseynov Zərdab rayonu ərazisində saxlanılmışlar.

Polis əməkdaşları tərəfindən avtomobilin üzərində başqa bir nəqliyyat vasitəsinə məxsus – 10-NP-476 dövlət qeydiyyat nişanları aşkar edilmiş və onların törətdikləri daha bir cinayət əməlinin üstü açılmışdır. Həmin maşına məxsus 27 BR 862 dövlət qeydiyyat nişanları isə avtomobilin yük yerindən aşkar edilmişdir.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların mayın 9-na keçən gecə Novxanı kəndi ərazisindən kənd sakini S.Cavadova məxsus “VAZ-21063” markalı avtomobilin 10-NP-476 dövlət qeydiyyat nişanlarını oğurlayıb qaçırdıqları avtomobilin üzərinə vurmaları müəyyən edilmişdir.

Həmçinin A.Quliyevin əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddələri ilə məhkum olunduğu da müəyyənləşdirilmişdir.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

09.05.2019 tarixinə olan kriminal məlumatlar