Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini A.İbrahimov saxlanılmışdır
02.05.2019DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Sumqayıt şəhəri ərazisində əməliyyat tədbiri keçirmişlər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini A.İbrahimov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın heroin aşkar edilmişdir.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 401 qramdan artıq heroin və elektron tərəzi aşkar edilərək götürülmüşdür.
Faktla bağlı cinayət işi başlanılıb.