Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş şəhər sakini N.Məmmədov saxlanılıb
02.05.2019Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini N.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən kibrit qutularında və kağız bükümlərdə qurudulmuş marixuana aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən isə çəkisi 608 qramdan artıq qurudulmuş marixuana və xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 55 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.