Bakı şəhər sakini X.Əhmədovaya qarşı quldurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakinləri N.Həsənzadə və qardaşı Ruslan müəyyən edilərək saxlanılmışlar
29.04.2019Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini X.Əhmədova aprelin 28-də saat 14 radələrində A.Kunanbayev küçəsində 2 nəfərin ona zor tətbiq edərək qızıl boyunbağısını aldıqlarını bildirmişdir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanmışdır.
5-ci Polis Bölməsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Ağdam rayon sakinləri N.Həsənzadə və qardaşı Ruslan qısa müddətdə müəyyən edilərək saxlanılmışlar.Araşdırma aparılır.