Oğurluq etdiyinə görə tutulmuş K.Zeynalovun, S.İbrahimovun və R.Şıxalıyevin 17 baş qoyun oğurlamaları, habelə rayon ərazisindəki evlərin birindən oğurluğa cəhd göstərmələri də müəyyən edilmişdir
29.04.2019Oğurluq etdiyinə görə tutulmuş K.Zeynalovun, S.İbrahimovun və R.Şıxalıyevin ətraflarında Saatlı RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların aprelin 10-dan 16-dək olan müddətdə şəhər sakinləri R.Mürsəlov və İ.Hüseynovun həyətyanı sahələrindən 17 baş qoyun oğurlamaları, habelə rayon ərazisindəki evlərin birindən oğurluğa cəhd göstərmələri də müəyyən edilmişdir.