Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı-Mərdəkan şossesində yol-nəqliyyat hadisəsini törədib hadisə yerini tərk etmiş yük avtomobilinin sürücüsü R.Dadaşov saxlanılmışdır

28.04.2019

Aprelin 27-də saat 18 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində - Bakı-Mərdəkan şossesində naməlum sürücü idarə etdiyi İxtisaslaşdırılmış Sanitariya Təmizlik və Kommunal Xidməti İdarəsinə məxsus “MAN” markalı yük avtomobilini qarşıda qəza dayanma işıqlarını yandırıb yolun kənarında saxlamış “Daewoo” markal 171 nömrəli xətt avtobusuna vurmuş və hadisə yerini tərk etmişdir.

Nəticədə avtobusun 29 sərnişini xəstəxanaya yerləşdirilmiş, ilkin tibbi yardım göstərildikdən sonra onlardan 22 nəfəri buraxılmışdır.

Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədib hadisə yerini tərk etmiş “MAN” markalı yük avtomobilinin sürücüsü - Bakı şəhər sakini, əvvəllər məhkum olmuş Rauf Dadaşov saxlanılmışdır.

Hazırda faktla bağlı araşdırma aparılır.