Saatlı rayon sakini Ş.Məmmədova məxsus yardımçı təsərrüfatdan mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
28.04.2019Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də rayon sakini Ş.Məmmədova məxsus yardımçı təsərrüfatdan 1 baş inək və 9 baş qoyun oğurlamaqda şübhəli bilinən Saatlı şəhər sakinləri K.Zeynalov, S.İbrahimov və əvvəllər məhkum olunmuşlar E.Əliyev və R.Şıxalıyev saxlanılmışlar.
K.Zeynalovun, S.İbrahimovun və R.Şıxalıyevin ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Sabirabad rayonu ərazisində bir həyətyanı sahədən su mühərriki, habelə M.Cəfərova məxsus 7 baş qoyunu oğurlamaları da müəyyən edilmişdir.