Kəpəz rayonu ərazisindəki evlərin birindən su sayğacı, həmçinin artezian quyularının elektrik xətlərini kəsərək oğurlamaqda şübhəli bilinən F.Rəhimov saxlanılmışdır
28.04.2019Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən su sayğacı, həmçinin milli hidrometeorologiya, suvarma və sukanal idarələrinə məxsus artezian quyularını elektrik enerjisi ilə təmin edən xətlərin hissələrini kəsərək oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş F.Rəhimov saxlanılmışdır.