Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi
24.04.2019Aprelin 24-də saat 23 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini S.Əmirov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Mayis Babayevi vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.