Soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini S.Rəhimov saxlanılmışdır
24.04.2019Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Seyidova soyğunçuluğa məruz qaldığını bildirmişdir.
Müraciətlə əlaqədar aparılan araşdırmalarla naməlum şəxsin aprelin 23-də saat 19 radələrində Ə.Ələkbərov küçəsində yaşadığı evin girişində həmin qadının içərisində bankomat kartları və sənədləri olan pulqabısını alıb apardığı məlum olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini S.Rəhimov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.