Bakı şəhər sakini F.Əbdülhadi saxlanılmışdır
21.04.2019Aprelin 21-də Nəsimi rayonu ərazisindəki ticarət mərkəzlərinin birininin mağazasından naməlum şəxs gödəkcəni açıq talama yolu ilə götürüb hadisə yerini tərk etmişdir.
Nəsim RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Əbdülhadi saxlanılmışdır.
Araşdırmalar RPİ tərəfindən aparılır.