Oğurluq etdiyinə görə tutulmuş S.Məmmədovun törətdiyi digər cinayət əməlləri də müəyyən edilib
21.04.2019Oğurluq etdiyinə görə tutulmuş S.Məmmədovun ətrafında Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə bu il yanvarın 2-də rayon ərazisindən “Ford” markalı avtomobili qaçırması, habelə fevralın 2-də Bakı şəhər sakini B.İsmayılovla birgə evlərin birindən 1 ədəd “İJ-58” markalı ov tüfəngi və 2 ədəd tir tüfəngini oğurlaması müəyyən edilmişdir.
Həyata keçirilən əməliyyat tədbirləri ilə B.İsmayılov da saxlanılmışdır.