4 avtomobildən sənəd, pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri S.İsmayılov və N.Əlibəyov saxlanılmışlar
21.04.2019Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 16-dan 20-dək olan müddətdə şəhər ərazisində 4 avtomobildən sənəd, pul və mobil telefon oğurlamaqda, habelə 1 avtomobilin yan şüşəsini sındırmaqda şübhəli bilinən Abşeron rayon sakinləri S.İsmayılov və N.Əlibəyov saxlanılmışlar.