Novxanı qəsəbə sakini M.Mirzəyevə məxsus “Chery” markalı avtomobildən 1 ədəd nömrəsi silinmiş silah, 1 ədəd patron darağı və 30 ədəd patron aşkar edilərək götürülmüşdür
21.04.2019Daxil olmuş məlumat əsasında Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Novxanı qəsəbə sakini əvvəllər oğurluq və narkotik vasitə istifadə etdiyinə görə məhkum olunmuş M.Mirzəyevə məxsus “Chery” markalı avtomobildən 1 ədəd nömrəsi silinmiş “AK-74” markalı silah, 1 ədəd patron darağı və 30 ədəd patron aşkar edilərək götürülmüşdür.