Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etdiyinə görə tutulmuş İ.Salayevin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib

14.04.2019

Oğurluq etdiyinə görə tutulmuş İ.Salayevin ətrafında Yasamal RPİ 26-cı və 28-ci PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini C.Namazova və Şirvan şəhər sakini A.Balayevlə birgə evlərin birindən 12.000 manat və 35.000 ABŞ dolları oğurlaması da müəyyən edilmişdir.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində C.Namazova və A.Balayev polis əməkdaşları tərəfindən saxlanılmışlar. 

İ.Salayevin və A.Balayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların digər bir evdən 5500 manat pul və 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilmişdir.

14.04.2019 tarixinə olan kriminal məlumatlar