Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotik vasitə satmaqda şübhəli bilinən Bakı şəhər sakini M.Məmmədzadədən 540 qram heroin və 228 qram metamfetamin aşkar edilərək götürülmüşdür

14.04.2019

Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitə satmaqda şübhəli bilinən Bakı şəhər sakini M.Məmmədzadə saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və metamfetamin aşkar edilmişdir.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı mənzildən isə əlavə olaraq 540 qram heroin və 228 qram metamfetamin aşkar edilərək götürülmüşdür.

Onunla birgə olan Salyan rayon sakini V.Kazımov da polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.

14.04.2019 tarixinə olan kriminal məlumatlar