Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini R.Bayramlı və Kürdəmir rayon sakini N.Yunusov saxlanılmışlar
13.04.2019Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-də rayon ərazisindəki mağazaların birindən 250 manat pul, danışıq kartları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq etdiyinə görə məhkum olunmuş R.Bayramlı və Kürdəmir rayon sakini N.Yunusov saxlanılmışlar.